Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət büdcəsinə yenidən baxıla bilər- səbəb neftdir

 

Azərbaycan nefti yeni ilin ilk günlərində qiymət artımı nümayiş etdirir. Neftimizin qiyməti 70 dollara çatıb

 

Yenixeber.org: Dünya analitik mərkəzləri, həmçinin nüfuzlu qurumlar qara qızılın qiymətinin bu il ərzində 50-60 dollar civarında dəyişəcəyini proqnozlaşdırırlar. Onu da qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsi neftin qiyməti 45 dollar olmaqla proqnozlaşdırılıb. Qiymətin bu həddən yuxarı olması şəraitində dövlət büdcəsinə yenidən baxılması ehtimalı varmı? Suala cavab verən iqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev bildirir ki, neftin hazırkı qiyməti Azərbaycan üçün əlverişlidir: “Bildiyiniz kimi, hökumət dövlət büdcəsini planlaşdıran zaman neftin qiymətini 45 dollardan hesablayıb. Hətta hiss olunur ki, həm Dövlət Neft Fondundan köçürmələr, həm də neft sektorundan digər daxilolmalar zamanı əsas oriyentr kimi bu qiymət götürülüb. Düzdür, dünya neft bazarı bir qədər proqnozlara uymayan, tez bir zamanda ciddi dəyişikliklərin baş verdiyi bir bazardır. Bu bazar üçün uzunmüddətli proqnozlaşdırma qeyri-mümkündür. Lakin bütün proqnozlaşmalarda ən azı bu il ərzində neftin dünya bazar qiymətinin 45-60 aralığında dəyişəcəyi qeyd olunur. Hər halda, Azərbaycan büdcəsində götürülən həddən aşağı düşməyəcəyi daha çox gözləniləndir”.

Ekspert hesab edir ki, neftin qiymətinə dair proqnozlar ilin ortalarında Azərbaycan hökumətinin dövlət büdcəsinə yenidən baxması üçün əlverişli zəmin yaradır: “Nəzərə alsaq ki, seçki ilidir, eyni zamanda hökumətin bu ili böyük inkişaf ili kimi təqdim edir, onda neftin dünya bazar qiyməti indiki proqnozlar səviyyəsində olacağı təqdirdə, düşünürəm ki, büdcəyə yenidən baxılacaq. Əvvəlki illərin təcrübəsi də göstərir ki, hökumət buna həvəslidir - həmişə neftin qiyməti büdcədəkindən yüksək olanda büdcəyə yenidən baxılıb. 2018-ci ildə bu, həm də təbliğat üçün əlavə imkanlar yaradacaq. Bu baxımdan, hökumətin haradasa bu ilin ortalarında büdcəyə yenidən baxmasını mümkün hesab edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam