Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

“Türkiyədə işilərimiz çətinləşir” -“SOCAR Türkiye A.Ş.”-nin baş icraçı direktoru

1463750047-1463749962-1463085096-5

“Türkiyədə lirənin, Azərbaycanda isə manatın dəyərdən düşməsi SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrə təsir etməyəcək”.

Xeberinfo.com:   “APA-Economics” xəbər verir ki, bunu “SOCAR Türkiye A.Ş.”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

“Biz Türkiyədəki layihələrimizi 4-5 illik deyil, 40-50 illik müddət üçün nəzərdə tutmuşuq. Heç bir böhran layihələrimizin icrasına təsir etmir. İnvestisiyalarımızı yatırmaqda davam edəcəyik”, – deyə o bildirib.
Z. Qəhrəmanov qeyd edib ki, ümumi dəyəri 2,7 mlrd. dollar olan STAR zavodu 2018-ci ildə istismara veriləcək.

Hər il “Petkim” layihəsinə 150 mln. dollar investisiyanın yatırıldığını deyən şirkət rəhbəri əlavə edib ki, “bu yatırımlar olmazsa, “Petkim”in bazar payı 17%-dən 10%-dək azala bilər”. O əlavə edib ki, “Petkim” kimya sənayesi məhsulları sarıdan sıxıntılarla üzləşir: “Cənubi Koreya və İranla Azad Ticarət Anlaşmaları əldə olunduqdan sonra bu ölkələrdən idxal olunan məhsullar bizim məhsulların rəqabət qabiliyyətinə mənfi təsir edib. Biz Türkiyə hökumətindən həmin ölkələrdən gələn məhsullara verginin tətbiq olunmasını gözləyirik. Əks təqdirdə bizim işimiz çətinləşir. Vergi ilə rəqabət daha ədalətli olar”.
İzmirin Əliağa qəsəbəsində yerləşən “Petlim” layihəsindən danışan Z. Qəhrəmanov qeyd edib ki, 380 mln. dollara başa gələn layihənin birinci fazası uğurla başa çatdırılıb, ikinci faza isə cari ilin iyun ayında istismara veriləcək. “Artıq 13 min konteynerlik tutuma malik olan gəmilər limana yan ala bilərlər. Söhbət Ege dənizi hövzəsində ən iri limandan gedir”, – deyə o bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam