Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İqtisadiyyatın strateji hədəflərinə nail olmaq üçün 27 mlrd. manat tələb olunur

Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır.

Xeberinfo.com:  Bu barədə adıçəkilən sənəddə qeyd edilib.

Bildirilir ki, bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir və bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

- dövlət büdcəsi;

- büdcədənkənar fondlar;

- Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;

- yerli büdcələr;

- mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;

- birbaşa xarici investisiyalar;

- ölkənin bank sisteminin kreditləri və qrantlar;

- beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı;

- qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaqdır. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam