Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiya büdcəsində kəsir 2034-cü ilədək davam edəcək

rubl dollarRusiyanın dövlət büdcəsi 2034-cü ilə qədər kəsirlə üzləşəcək və ÜDM-ə nisbətdə 0,7%-dən aşağı düşməyəcək.

Xeberinfo.com:  Bu barədə Rusiya Dövlət Dumasının rəsmi saytında büdcə proqnozları ilə bağlı məlumatda qeyd olunub.
Məlumatda, həmçinin bildirilir ki, 2020-ci ildə büdcə kəsiri ÜDM-in 1%-nə, 2030-2034-cü illərdə isə 0,7%-nə bərabər olacaq, neft-qaz gəlirləri isə getdikcə azalacaq. 2016-cı ildə ÜDM-in 5,8%-ni təşkil edəcək neft-qaz gəlirləri 2034-cü ildə 3,6%-ə enəcək. Həmçinin, büdcə xərcləri də azalacaq. Əgər 2016-cı ildə büdcə xərcləri ÜDM-in 37,3%-nə bərabər olacaqsa, 2034-cü ildə bu göstərici 30,5%-ə enəcək.
Xatırladaq ki, oktyabrın 28-də Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, büdcə xərcləri üzrə öhdəliklər neft qiymətləri yüksəlsə də artırılmamalıdır. Elə həmin gün Rusiya hökuməti parlamentə göndərdiyi büdcə layihəsində 2018-ci ilə büdcə kəsirinin ÜDM-in 3,2%-nə, 2019-cu ildə isə 1%-ə çatdırılmasını hədəfləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam