Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Aİ-dən Azərbaycana 13.5 milyonluq dəstək

Avropa İttifaqı (Aİ) Azərbaycana iqtisadiyyatın şaxələndirilməsinə dəstəyi davam etdirməyi nəzərdə tutan yardım paketini açıqlayıb.

Xeberinfo.com:  Bu, ölkədə maliyyə, iqtisadiyyat və məhkəmə hakimiyyəti sahələrini əhatə edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, 13.5 milyon avroluq fond əsas hökumət idarələrini yardımla təmin edərək. Ancaq bununla kiçik və orta biznesin rəqabət qabiliyyətinin artırılması, ixrac imkanlarının genişləndirilməsi, həmçinin biznes mühitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanacaq.

Məlumatda qeyd edilir ki, Texniki Əməkdaşlıq İmkanı proqramı kiçik və orta biznesin rəqabət qabiliyyətinin və ixrac fəaliyyətlərinin artırılmasını hədəf götürəcək. Nəticə etibarilə ölkənin qeyri-neft sahəsində Ümumi Daxili Məhsulun (ÜDM) artımı və iş yerləri açmaq imkanını yüksəltmək nəzərdə tutulur.

Yardım paketi ilə müəssisələrin müasirləşməsi, həmçinin tənzimləyici və operativ mühiti dəstəkləmək düşünülür. Proqram bacarıqların və sahibkarlığın gələcək inkişafı, maliyyə və səriştənin yaradılmasını diqqət mərkəzində saxlayacaq.

Bu təşəbbüs həmçinin, mübahisələrin alternativ həlli yollarını təqdim etməli, bu da öz növbəsində biznes mühitinin inkişafına töhfə verməlidir. Bundan əlavə, vətəndaşlar, xüsusilə müdafiəsiz qruplar ondan birbaşa yararlanmalıdır.

«Bununla yanaşı, proqram Azərbaycandakı əsas maliyyə institutlarının dövlət xərcləri və gəlir yığımının səmərəliliyinin inkişafını dəstəkləyəcək. Bu ikitərəfli yardım paketi Aİ və Azərbaycanın bir neçə əməkdaşlıq sahəsində irəliləmək istəyini təsdiqləyir və yeni ikitərəfli sazişin gələcək müzakirələrini dəstəkləyəcək», – deyə məlumatda qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam