Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Daşınmaz əmlak bazarında ruh düşkünlüyü davam edir"

 

Xeberinfo.com:  Əmlak məsələləri eksperti Rəşad Əliyev mövcud durumun alıcılıq qabiliyyətinin azalmasından da qaynaqlandığını düşünür: «Düzdür, bazardakı vəziyyəti ancaq buna bağlamaq düzgün olmazdı. Birincisi, əmlak yalnız istehlak malı deyil, həm də investisiya alətidir. Bank sektorunda böhran yaşanarkən, əmlak bazarına böyük kapital axdı. Bu isə bazarda, azda olsa, dövri fəallıq yaratdı».

Ekspertin sözlərinə görə, bank sektorunda vəziyyət normallaşmaqdadır və üstəlik, əhalinin sərbəst kapitalı azalır: «Bu isə deməkdir ki, əmlaka yönələn investisiyaların həcmi azalır və yaxın zamanlarda bu meyl davam edəcək».

«TƏK-TƏK HALLARDA 15-20 İL QƏPİK-QƏPİK PUL TOPLAYIB…»

R.Əliyevin fikrincə, daşınmaz əmlak bazarında ucuz borc vəsaitlərinə əlçatanlıq məsələsini də gözardı etmək olmaz: «İnkişaf etmiş dövlətlərdə ancaq nadir hallarda 15-20 il qəpik-qəpik pul toplayıb gedib ev alırlar. Bu qədər əzablı yola ehtiyac qalmır, çünki ucuz kredit qaynağı olan ipoteka kreditləri var. Təəssüflər olsun ki, Azərbaycanda ipoteka kreditləşməsi hələ də problem kimi qalmaqdadır. Hətta ən yüksək kreditləşmə zamanı da, potensialla müqayisədə, onun həcmi az olub. İndi isə dövlət ipoteka kreditləşməsi üzrə kreditlər heç verilmədiyindən, bu da bazara mənfi təsir göstərən əlavə amilə çevrilir». (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam