Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vəziyyət kritikdir, hamı fəryad edir”

vahid-ehmedovSon bir neçə ayda şəxsən mən özüm yazılı və şifahi mindən çox şikayət almışam. Bu onu göstərir ki, vəziyyət kritikdir və ölkənin bank sektoruna cavabdeh olan səlahiyyət sahibləri vaxt itirmədən bank kreditlərinin taleyinə aydınlıq gətirməli və vəziyyətin stabilləşməsinə istiqamətlənən təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər.

Xeberinfo.com:   Bunu Moderator.az-a açıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili ona ünvanlanan şikayət məktublarını həyəcansız oxumaq olmadığını deyir:

“Hamı fəryad edir, onlara güzəşt edilməsi üçün imkanlar aranmasını xahiş edirlər. Mən də gücüm çatdığı qədər həm hökumətə təkliflər verməklə, həm də ayrı-ayrı bank rəhbərləri ilə danışaraq həmin şikayətçilərə hansısa formada güzəşt edilməsini xahiş etmişəm, elə müraciətlər də olub ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərmişəm və tədbirlər görüləni də olub. Amma düşünürəm ki, ölkənin bank sektorunda kardinal islahatlara ehtiyac var, kosmetik tədbirlərlər böhrandan çıxmaq mümkün olmayacaq”.

Qeyd edək ki, millət vəkili Moderator.az-a həmişəki kimi geniş və maraqlı müsahibə verib, onunla söhbətimizi sabahdan oxuculara təqdim edəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam