Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Rusiya Xəzər neftinin mühüm tranzit kanalını itirə bilər"

“Transneft”: Rusiya Xəzər neftinin mühüm tranzit kanalını itirə bilər

 

 

Rusiyanın “Transneft” şirkəti kriminal vəziyyətlə əlaqədar Mahaçqala-Novorossiysk marşrutu ilə nəql olunan neftin həcminin azaldığını və Mahaçqala limanındakı “Daqnefteprodukt” terminalına boşaldılan zaman neftin həcmində itkilərin qeydə alındığını  bildirib.    
 
Xeberinfo.com:   “RİA Novosti”yə istinadən xəbərə görə, şirkətin yaydığı məlumatda bildirilir ki, yaranmış vəziyyət Xəzər neftinin Rusiya infrastrukturundan keçən ixrac kanallarının bağlanmasına və mühüm tranzit kanalının itirilməsinə gətirib çıxara bilər.
 
Məlumatda bildirilir ki, neftin tankerlərdən  “Daqnefteprodukt” terminalına boşaldılmasından  sonra yaranan itkilər və problemlərlə bağlı yük sahiblərindən “Transneft”in ünvanına mütəmadi olaraq müraciətlər daxil olur: “Neftin çənlərə (“Daqnefteprodukt” terminalının çənlərinə - red.) boşaldılması zamanı, itkilərin həcmi, qüvvədə olan normativlərə əsasən, 0,2 faizi keçməməlidir. Türkmənistandan yük göndərənlər qeyd edirlər ki, 2013-cü ildə itkilərin həcmi 0,69 faiz, 2014-cü ildə - 0,84 faiz, 2015-ci ildə - 0,44 faiz, 2016-cı ilin birinci rübündə isə - artıq 1,43 faiz təşkil edib”, - deyə şirkət qeyd edib.      
 
“Daqnefteprodukt” terminalının çənlərindən neft daha sonra  “Çernomortransneft”ə (“Transneft”ə daxildir) təhvil verilərək magistral neft boruları sisteminə nəql edilir.  Lakin, 2016-cı ilin mayında Türkmənistandan 5 min ton neft qəbul edən “Daqnefteprodukt” terminalı həmin həcmi “Transneft”in sisteminə təhvil verməkdən imtina edib. Hazırda “Daqnefteprodukt” yükün sahibini terminalın çənlərində “ölü” qalıqların əmələ gəlməsinə dair aktı imzalamağa məcbur etməyə çalışır”, - deyə məlumatda bildirilir.    
 
Bundan başqa, “Transneft” “Daqnefteprodukt”dan nefti təhvil alan zaman onun tərkibində xlorlu duzların konsentrasiya göstəricilərinin və suyun həddindən artıq yüksək olduğunu qeydə alıb.     
 
“Yalnız 2016-cı ilin birinci rübü ərzində “Daqnefteprodukt”un çənlərindən kondisiyaya uyğun olmayan neftin qəbulu 16 dəfə dayandırılıb. 2015-ci il ərzində isə 50-dək analoji hal qeydə alınıb”, - deyə məlumatda bildirilir.  
 
“Rostexnadzor” tərəfindən yoxlamalar  keçirilərək, sənaye təhlükəsizliyi tələblərinin pozulması faktlarına görə  11 inzibati işin başlanmasına baxmayaraq, vəziyyət daha pisləşib.      
 
“Nəticədə,  Mahaçqala-Novorossiysk marşrutu ilə nəql olunan neftin həcmi azalır. “Lukoyl” 2013-cü ildən Mahaçqala limanından neftin nəqlini iki dəfə azaldaraq, həcmləri Bakı-Tbilisi-Ceyhan neft borusuna yönəldib. Türkmənistan istehsalçıları da Mahaçqala limanından neftin nəqlini dayandırmaq niyyətində olduqlarını bildiriblər”, - deyə “Transneft”in açıqlamasında bildirilir.  
 
““Daqnefteprodukt” Səhmdar Cəmiyyətindəki kriminal vəziyyət və respublikanın inzibati qurumlarının fəaliyyətsizliyi, faktiki olaraq, Xəzər neftinin Rusiya Federasiyasının dövlətə məxsus yeganə infrastrukturu vasitəsilə ixrac marşrutunun bağlanmasına gətirib çıxarır.  
 
Tranzit kanalının  itirilməsi isə neftin potensial həcmlərinin  Bakı-Tbilisi-Ceyhan və Gürcüstan limanlarına yönəldilməsinə gətirib çıxaracaq”, - deyə “Transneft”in açıqlamasında bildirilir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam