Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycana 1.5 milyard dollar borcun verilməsi təxirə salındı

Asiya İnkişaf Bankı (Asian Development Bank) Azərbaycanın nəhəng qaz layihəsi üçün vəd etdiyi 1, 5 milyard dollarlıq kreditin verilməsini sentyabr ayınadək təxirə salıb.

Xeberinfo.com:   Azərbaycanın “Şahdəniz 2” layihəsi üçün nəzərdə tutulan kreditin təxirə salındığı barədə xəbəri Beynəlxalq Maliyyə İnstitutu (International Financial Institution - IFI) yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan bu layihəyə artıq dövlət büdcəsindən və avrobondların tədavülündən 5 milyard dollar xərcləyib, bununla belə layihənin başa çatdırılması üçün ona daha 8 milyard dollar vəsait lazımdır.Bu layihəyə “Şahdəniz” qaz yataqlarının inkişaf etdirilməsi və bir-birinə bağlı üç kəmərdən ibarət şəbəkənin yaradılması daxildir.Bu şəbəkə 2019-cu ildən başlayaraq Türkiyə və Avropaya 16 milyard kubmetr qaz nəql etməlidir.

IFI kredit barədə ilkin qərarın dəyişdirilməsi səbəbini açıqlamayıb. Xəbər verilir ki, Azərbaycan Dünya Bankına daha 500 milyon dollar borc üçün müraciət edib və avrobond tədavülündən ilin sonunadək daha 1 milyard dollar əldə etməyi planlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (The European Bank for Reconstruction and Development) bu layihənin bir hissəsinin, habelə qısaca TAP adı ilə tanınan Transadriatik kəmərlərindən birinin maliyyələşdirilməsində marağını bildirib.

Azərbaycanın enerji naziri Natiq Əliyev iyunun 3-də jurnalistlərə demişdi ki, tikinti materialları xərclərinin azaldılması hesabına layihənin ümumi qiyməti 2013-cü ildə müəyyən edilmiş 45 milyard dollardan 39 milyard dollara düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam