Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan neft hasilatını dondurur?

Azərbaycan neft hasilatını dondurur

Azərbaycan neft hasilatınının dondurulması ilə bağlı təşəbbüsə qoşulacaq 

Xeberinfo.com:  Məlumata görə, bu barədə RİA “Novosti” agentliyi yazır.

Agentlik mənbəyə istinadən xəbər verir ki, aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısında Azərbaycan Rusiya tərəfindən irəli sürülən bu təşəbbüsə qoşulacaq.

Xatırladaq ki, ötən gün Rusiyanın energetika naziri Aleksandr Novak Dohada keçiriləcək toplantıdan əvvəl görüşmək məqsədilə azərbaycanlı həmkarı Natiq Əliyevə zəng edib.

A. Novak dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək, belə bir görüşün keçirilməsini xahiş edib.

Qeyd edək ki, neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan kimi milli iqtisadiyyatında neft həlledici rol oynayan Rusiyanın a maraqlarına uyğun deyil. Odur ki, neft hasilatçıları Doha görüşündən vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verəcək qərar gözləyirlər. Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri N. Əliyev təmsil edəcək. Son məlumatlara görə, OPEC-in iclasına, ümumilikdə, 18 ölkə qatılacaq. Qazaxıstan daxil olmaqla 6 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib.

Xatırladaq ki, növbəti iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam