Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dollar kreditləri ilə bağlı yenilik: kredit şərtləri dəyişdirilə bilməz

722

Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair əlavə məlumat yayıb.
Xeberinfo.com:   Palatadan fins.az-a verilən məlumata görə, qurumun Direktorlar Şurasının iclasının qərarı ilə 5 aprel 2016-cı il tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb. Və bu qərar xarici valyutada verilən kreditlərin bütün növlərinə aiddir.

“Açıqlanması üçün bir sıra müraciətləri nəzərə alaraq bildiririk ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir. Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı və s. növ kreditlər daxildir”.

Bundan başqa, Palatanın məumatına görə, bu qadağanın qüvvədə olduğu müddətdə dollar kreditlərinin şərtləri də dəyişdirilə bilməz: “Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi) qadağanın əhatə dairəsindədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam