Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Araz Ağalarov “tender kralları” siyahısında

“Forbes” jurnalının rus versiyası Rusiyanın dövlət büdcəsindən ötən il ərziində ən çox podrat sifarişləri alan şirkətlərin reytinqini dərc edib.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, siyahıda prezident Putinin dostu Arkadi Rotenberqin “Stroyqazmontaj” şirkəti liderlik edir. Bu şirkət dövlət büdcəsindən 555.5 milyard rubl həcmində tikinti sifarişi alıb. Bu layihələrdən ən irisi Krıma Kerç körfəzi üzərindən körpü tikintisidir. Layihənin dəyəri 228 milyard rubldan çoxdur.

Oliqarx Leonid Mixelson isə siyahıda ikincidir Onun şirkəti “Qazprom”la Amursk qaz emalı zavodunun tikintisinə dair müqavilə bağlayıb. Müqavilənin dəyəri 344 milyard rubldur. Putinin digər dostu Gennadi Timçenko isə siyahıda üçüncüdür. Onun “Stroyqaztrans” şirkəti dövlət büdcəsindən 161 milyard rubl həcmində sifariş alıb.

Azərbaycanlı oliqarx Araz Ağalarov da ilk onluqdadır. Onun “Crocus Group” şirkətinin büdcədən aldığı sifarişlərin həcmi 70 milyard rubla yaxındır. Bura Kalininqradda və Rostovda iki stadionun tikintisi layihəsi də daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam