Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Büdcədə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib

trend_samir_sharifov_albom

 

Bu gün Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin yenilənmiş layihəsinin müzakirəsi başlayıb.

 

Xeberinfo.com:  Məlumata görə, parlamentin plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinə dəyişikliklərin edilməsi iki faktorla şərtlənib: “Birincisi, son 18 ayda neftin qiymətinin 4 dəfədən çox azalmasıdır ki, bu da dövlət və icmal büdcələrin proqnozlaşdırılan gəlirlərini azaldıb. İkincisi, dekabrda manatın devalvasiyası və milli valyutanının üzən məzənnə rejiminə keçidi xarici valyutada ifadə edilmiş xərclərin nisbətsizliyinə gətirib çıxarıb”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qeyd edib ki, dünyada baş verən proseslər istənilən halda Azərbaycan iqtisadiyyatına təsir edir: “2016-cı il dövlət büdcəsinə dəyişikliklərin edilməsinin əsas səbəbi onunla əlaqədardır ki, ölkə iqtisadiyyatı müəyyən dərəcədə son vaxtlar bir neçə dəfə azalan neftin qiymətindən asılıdır”.
Onun sözlərinə görə, son 15 ildə dövlət büdcəsinin proqnozlarına dəyişikliklər üçün səbəb yaranmayıb.
Deputat qeyd edib ki, Azərbaycanın gələcəkdə dövlət büdcəsinin gəlirlərini artırmaq üçün kifayət qədər potensialı var.
Azərbaycanın 2016-cı il dəqiqləşdirilmiş icmal büdcəsinin gəlirləri 15 738,6 milyon manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş büdcə ilə müqayisədə 981,5 milyon manat və ya 5,9 faiz azdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam