Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Neftin qiyməti 2020-yə qədər 40-60 dollar aralığında qalacaq”

neftKüveytin yüksək səviyyəli OPEC nümayəndəsi Nawal al-Fuzaianın açıqlamasına görə, xam neft qiymətləri bu il aşağı qalacaq, təklif çoxluğu və yavaşlayan tələbə bağlı olaraq 2020-ci ilə qədər, böyük bir ehtimalla, barreli 40-60 dollar aralığında əməliyyat görəcəkdir.

Xeberinfo.com:  Nawal al-Fuzaia, “2020 və 2030 arasında qiymətlər hazırda olduğundan daha yüksək olacaq. Lakin bu andan 2020-ci ilə qədər vəziyyət çox çətindir və neft bazarında əhəmiyyətli dəyişikliklər olacağını düşünmürəm və qiymətlər 2016-cı ildən sonra 40-60 dollar arasında olacaqdır” şəklində danışıb.

OPEC-İN ŞƏRTİ

OPEC-in rəsmisi, qrup daxilində və xaricindəki ölkələrin istehsalı azaltmağa dair birgə hərəkət etməməsi vəziyyətində, neft qiymətlərinin düşməsi ilə bağlı təcili toplantı keçirməyəcəklərini bildirib.

Fuzaia, “OPEC, ciddi olduqlarını göstərdikləri təqdirdə qrup xaricindəki istehsalçılarla əməkdaşlığa hazırdır. Amma OPEC-ə daxil olmayan istehsalçılar əməkdaşlıq etmək istədiklərinə dair bəyanatlar verməsinə baxmayaraq, reallıqda vəziyyət bundan fərqlidir” deyə bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında 30 dollardan da aşağı düşən Brent nefti yenidən qalxaraq 31,52 dollara çıxıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam