Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən keçirilən Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə açıq tender müsabiqəsində “AZƏRİ BİZNES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN:1401122631) qalib elan olunmuş və həmin Cəmiyyətlə 3.196.125,85 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Bununla bağlı məlumat satınalmaların portalında 07.10.2025-ci ildə dərc edilib.
Yenixeber.org: Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən sözügedən, Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə keçirilmiş açıq tenderin nəticəsi barədə ilk elan satınalmaların portalında 21.04.2025-ci ildə dərc edilib. Onda da açıq tender müsabiqəsində “AZƏRİ BİZNES” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin Cəmiyyətlə 3.200.426,42 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur.
Satınalmaların portalında 10.04.2025-ci ildə dərc edilmiş məlumata görə Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi üzrə keçirilən açıq tender müsabiqəsinin açılış tarixi 11 aprel 2025-ci il tarixə müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən 04.07.2025-ci ildə satınalmaların portalına yerləşdirilmiş məlumatda isə 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə açıq tender müsabiqəsində “AZƏRİ BİZNES” MMC-nin qalib seçildiyi və 07.07.2025-ci il tarixdən gözləmə müddətinin başlandığı bildirilir.
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən 08.09.2025-ci il tarixdə satınalmaların portalına yerləşdirilmiş daha bir məlumatda 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə açıq tender müsabiqəsində “AZƏRİ BİZNES” MMC qalib elan olunmuş və həmin Cəmiyyətlə 3.196.125,85 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulması, 09.09.2025-ci il tarixdən gözləmə müddətinin başlandığı bildirilir.
Göründüyü kimi Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən keçirilən Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi işlərinin satın alınması məqsədilə 11 aprel 2025-ci il tarixdən açılışı keçirilmiş açıq tender üzrə müqavilənin bağlanılması 7 aydır uzadılır.
Maraqlıdır, niyə? Buna qədər Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən onlarla tender keçirilib və satınalma müqavilələri bağlanılıb. Bəs Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin “AZƏRİ BİZNES” MMC ilə müqavilə bağlamasına mane olan nədir? Bəlkə buna Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi icazə vermir?
Satınalmaların portalına yerləşdirilmiş məlumata görə nəzarət orqanı olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisini 19.05.2025-ci ildə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə, 04.08.2025-ci ildə isə əzarət orqanının 28 iyul 2025-ci il tarixli AİBNDA/SQ-6434/2025 nömrəli qərarına əsasən ləğv edib.
Buradan sual yaranır. Həqiqətənmi Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin milyonluq tenderlərində
iştirak etmək istəyən üç təchizatçı yoxdu? Yoxsa burada başqa səbəblər var…
Qeyd edək ki, aktualinfo.org sözügeən mövzuta hələ aprel ayından toxunmuşdu və şirkətin fəaliyyət sferası ətrafında araşdırma apramışdı. Bir daha xatırlatmaq istərdik ki, “”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə də açıq mənbələrdə heç bir məlumat yoxdu. Amma təcrübəsi var. Bu təcrübəni də Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumların keçirdiyi satınalmalarda əldə edib.
Qeyd edək ki bu “Azəri Biznes” MMC ilə Fövqəladə Hallar Nazirliyinə tabeli digər qurumlar arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Azəri Biznes” MMC ilə Bakı şəhəri, Səbayıl rayonu, “Badamdar 20-ci sahə” sürüşmə sahəsində mühəndis axtarış işləri üzrə 10.997.093,63 manat müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.05.2023-cü ildə dərc edilib. Amma portalda müqavilənin başlanma tarixi 14.10.2022-ci il bitmə tarixi isə 25.12.2022-ci il göstərilib. İki ay on günə Azəri Biznes” MMC az qala 11 milyon manata nə kimi işlər görə bilər?
Sözügedən qurum Bakı şəhəri, Səbayıl rayonu, “Badamdar 20-ci sahə” sürüşmə sahəsində mühəndis axtarış işləri üzrə “Azəri Biznes” MMC ilə 5.661.524,7 manat məbləğində bir müqavilə də bağlayıb. Bu məlumat da satınalmaların portalında 16.05.2023-cü ildə dərc edilib. Portalda isə müqavilənin başlanma tarixi 20.08.2022-ci il bitmə tarixi isə q15.12.2022-ci il göstərilib.
Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “Azəri Biznes” MMC ilə bir müqavilə də Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binasının tikintisi üzrə bağlayıb. Bu müqavilənin dəyəri 1.588.339,89 manat təşkil edib. Satınalmaların portalında 21.01.2022-ci ildə dərc edilib. Başlanması və bitməsi cəmi 15 gün çəkib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRİ BİZNES” (VÖEN: 1401122631) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.04.2007-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olanMMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BÜLBÜL PR., ev 55, m. 16, qanuni təmsilçisi kimi isə Ağayev Laçın Şirvan oğlu oğlu qeyd olunub. MMC-yə müəyyən vaxtlarda Cəmilə İsmayılzadə Eyyub qızı da rəhbərlik edib. O, həm da müxtəlif vaxtlarda “Gilan Holdinq”ə bağlı olan başqa şirkətlərə də rəhbərlik edib.
“Azəri Biznes” MMC ilə bağlı rəsmi mənbələrdə olan məlumatlar bu qədər. Elektron mediada bu şirkətlə bağlı daha nə kimi məlumatlar var.
Mediada yer alan məlumatlara görə “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlər var. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin rəhbəridir. Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib.
Bundan əlavə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlunun ingilis mətbuatına ağızdolusu danışdığı daha bir tamamilə fərqli biznes sahəsi xalçaçılıq bağlıdır. Söhbət Cəbrayıl Xanlarovun ailə biznesinə daxil olan “ZİLİ ART” Məhdud Məsuliyyətli Cəmiyyəti eyniadlı xalça fabrikinin fəaliyyətini tənzimləyir. 4 il əvvəl təsis edilmiş MMC-nin qanuni təmsilçisi LAÇIN AĞAYEV ŞİRVAN OĞLU olsa da, şirkət Xanlarovlar ailəsinin üzvü olan Aydan Xanlarovaya məxsusdur.
Göründüyü kimi “Azəri Biznes” MMC-nin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olması ilə bağlı mediada təkzib olunmamış geniş məlumatlar var. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bu satınalmanı bir neçə dəfə ləğv etməsi şirkətin məhz fövqəlnəzirə məxsusluğu ilə əlaqədəar ola bilərmi?(aktualinfo.org)