Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rubl ucuzlaşmaqda davam edir

rubl-dollar

Rusiyada dolların kursu 70,82 rubl həddinə çatıb ki, bu da 1998-ci ildə keçirilən Rusiya valyutasının denominasiyasından sonra tarixi minimumdur.

 

Xeberinfo.com:   Əvvəlki günə nisbətdə dolların kursu 60 qəpik bahalaşıb.

Rusiya Mərkəzi bankının müəyyən etdiyi məzənnəyə görə, avronun dəyəri 1,27 artaraq 78,23 rubl təşkil edib.

Rublun kursu dünya bazarlarında neftin ucuzlaşması fonunda aşağı düşür. London birjasında “Brent” markalı neftin 1 barreli 38,67 dollara satılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, neftin ucuzlaşması ilə bağlı rublun dəyərini itirməsi Kremldə diqqətlə izlənilir.

“Sözsüz ki, valyuta kursunun bu cür oynaması narahatlıq doğurur və bunu diqqətlə izləyirlər” – Dmitri Peskovun bu sözlərindən “İnterfax” agentliyində iqtibas gətirilir.

OPEC təşkilatının hasilat həcmlərini azaltmaqdan imtina etməsinin ardınca həftələr ərzində neft qiymətləri aşağı düşməkdədir.

ABŞ ekspertlərinin hesablamarına əsasən əgər bir il ərzində neftin qiyməti 35 dollar səviyyəsində qalarsa, dolların kursu 94 rubla bərabərləşə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam