Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan neft gəlirlərini bəyan etməlidir”

 

   

 

 

      “Azərbaycanda mədən sənayesi və neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər gəlirlərini bəyan etməlidir”. 

       "xeberinfo.com":  Məlumata görə, bunu Dünya Bankının Azərbaycan Nümayəndəliyinin rəhbəri Larisa Leşçenko 3-cü Vergi Forumunda çıxışı zamanı bildirib. 

      Dünya Bankının vergi sahəsində Azərbaycana öz dəstəyini əsirgəməyəcəyini deyən L. Leşçenkonun sözlərinə görə, bu sahədə Azərbaycanla əməkdaşlığa ehtiyac var: “Düşünürəm ki, Azərbaycan yeni təşəbbüslərlə bağlı səylərini də əsirgəməyəcək. Azərbaycanda vergidən azad olunan sektorlar da var. Bu əlbəttə ki, həmin şirkətlərin inkişafı üçün yaxşı bir haldır. Bu sahədə Azərbaycan ilk təşəbbüs göstərən ölkələrdəndir”.

     Dünya Bankının nümayəndəsi qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Dünya Bankı bu keçid dövründə də Azərbaycanın yanında olacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam