Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirlik bu qurumu cərimələdi

 

Vergi Apelyasiya Şurasında "ABS-Əmlak" Məhdud Məsuliyyətli Cəmiyyətinin Vergilər Nazirliyinə daxil olmuş operativ nəzarət tədbiri nəticəsində tətbiq olunmuş maliyyə sanksiyasının ləğv edilməsi ilə bağlı təkrar şikayətinə baxılıb.

"Xeberinfo.com":    Nazirliyə istinadən xəbərə görə, Cəmiyyətin direktoru Məmmədov Ramiz Abdulla oğlu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Operativ nəzarət idarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halının aşkar edilərək, ona 1000 (min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyini bildirib, həmin aktdan verilmiş şikayətin təmin olunmaması ilə bağlı əvvəlki qərara yenidən baxılmasını xahiş edib.

3 fevral 2015-ci il tarixdə vergi uçotuna alınmış, əsas fəaliyyəti daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə agentlik fəaliyyətindən ibarət olan cəmiyyətin direktoru araşdırmaya təqdim etdiyi izahatında müraciətinin səbəbi kimi cəmiyyəti dövlət qeydiyyatından yeni keçirdiyini, qanunları tam bilmədiyi üçün işçisi ilə əmək müqaviləsi bağlamadığını, maddi vəziyyətinin tətbiq edilmiş maliyyə sanksiyasını ödəməyə imkan vermədiyini və keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra bütün işçiləri ilə əmək müqaviləsi bağladığını göstərib.

Aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvanda yerləşən obyektində 15 may 2015-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi, lakin onunla əmək müqaviləsi bağlanmadığı aşkarlanıb.

Qanunvericiliyə uyğun olaraq, bununla bağlı müvafiq akt tərtib edilmiş və həmin akt R.Məmmədov tərəfindən imzalanıb. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

R.Məmmədov izahatında etiraf edib ki, işçi qismində cəlb etdiyi Məmmədov Arzu Abdulla oğlunu 10 aprel 2015-ci il tarixdən işə qəbul etmiş, lakin onunla əmək müqaviləsi bağlamayıb. İşçi ilə əmək müqaviləsinin 1 iyun 2015-ci il tarixdə bağlanaraq bildirişin 8 iyun 2015-ci il tarixdə alınması R.Məmmədov tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulduğunu göstərir.

Araşdırma zamanı vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən halların olmadığı müəyyən edilib. MMC-nin vergi qanunvericiliyinin tələblərinə əməl etməməsi vergi ödəyicisi barəsində tərtib edilmiş aktın və qərarın qüvvədə saxlanılmasına əsas verir.

"Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar Vergi Məcəlləsinin tələbləri gözlənilməklə, düzgün olaraq qəbul edilib, operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin tələblərinə əsasən müəyyən edilmiş qaydada həyata keçirilib.
Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin III hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrinə aid edilib.

Qeyd olunanları nəzərə alaraq, Vergi Apelyasiya Şurası "ABS-Əmlak" MMC-nin təkrar şikayətinin təmin edilməməsi, Bakı Vergilər Departamenti tərəfindən tərtib olunmuş "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında" aktın və həmin akt əsasında çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam