Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Mənzil bazarındakı durğunluq tikinti sektorunu çökdürür

 

Son aylar daşınmaz əmlak bazarındakı durğunluq tikinti sektoruna da öz təsirini göstərib. Bir zamanlar tikinti bumu yaşanan Bakıda indi demək olar ki, barmaqla sayılası qədər ərazidə tikinti aparılır.

 

"Xeberinfo.com":   Məlumata görə, MBA Consaltinq şirkətinin direktoru Nüsrət İbrahimov azvision.az-a bildirib ki, ötən ildən başlayan azalmalar, iş yerlərinin bağlanması, əmək haqqındakı gecikmələr və s. əhalinin gəlirlərinin azalmasına və ehtimal indeksinin pisləşməsinə əsas səbəblərdəndir: “Bu isə mənzil bazarında satışın həcmini azaldır və maliyyə dayanıqlığı olmayan tikinti obyektlərinin dondurulmasına səbəb olur. Azərbaycanın mənzil bazarı Rusiya bazarı və neft qiymətləri ilə düz mütənasib olduğundan nəticə göz qabağındadır”. 

Tikinti sektorundakı durğunluğun ən azı 3-5 il çəkəcəyini deyən ekspert hesab edir ki, Azərbaycanda son illər formalaşan tikintinin maya dəyəri region ölkələrdəki tikintinin maya dəyərini üstələyir.
“Təbii ki, tikintinin həcmi də maya dəyəri və potensial alıcıların ödəmə qabiliyyəti ilə əlaqəlidir. Əgər bunlar uyğunlaşmazlarsa, bazarın balansı pozulur. Yaxın illərdə əhalinin gəlirlərində sıçrayışlı artım gözlənilmir. Tikintidə satış qiymətləri, kredit şərtləri və potensial müştərilərin ödəmə imkanları tamam fərqli göstəricilərə malikdirlər. Bu fərq aradan qalxana qədər bazarda sükut qaçılmazdır. Yəni, bir tərəfdən tikintidə maya dəyəri aşağı düşməlidir, digər tərəfdən isə kredit şərtləri mövcud ödəmə imkanlarına uyğunlaşdırılmalıdır. Əsas əhalidə gəlirlərinin artacağına davamlı inam olmalıdır. Bu halda tikintidə də canlanma olacaq. Digər tərəfdən bazar sistemli yanaşmanı sevir, bazara atılan əlavə vəsait müvəqqəti xarakter daşıyır və qısa müddətdən sonra tikinti yenidən dayanır”.

Tikinti materialları bazarındakı qiymətlərə də toxunan N. İbrahimov hazırda qiymətlərdə azalma olduğunu deyir: “Son aylarda tikinti materialları bazarında aktivlik xeyli azalıb. Bütün tikinti materiallarında xüsusən də taxta, dəmir və daş materiallarının qiymətlərində azalmalar var. Ən pis odur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın tutumu azalıb və bu tendensiya bu gün də davam edir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam