Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycan iqtisadiyyatının artım tempinin bu ilin ikinci yarısında azalacağı gözlənilir"

 

Bu gün Bakıda "Moody's" beynəlxalq reytinq agentliyinin kredit riskləri üzrə illik konfrans keçirilib.

"Xeberinfo.com":   "Report" xəbər verir ki, konfransda "Moody's"in ekspertləri Azərbaycan iqtisadiyyatı və onun gələcəyi ilə bağlı çıxış ediblər, yerli bank sektorunun numayəndələrinin də iştirak etdiyi toplantıda maliyyə sektoru barədə geniş müzakirələr aparılıb.

Tədbirdə "Moody's" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb. Belə ki, bu il ölkədə ÜDM-in optimist halda 1% artacağı, pessimist halda isə dəyişməyəcəyi vurğulanıb, inflyasiyanın 8-9% təşkil edəcəyi bildirilib.

Bankların milli valyutanın fevraldakı devalvasiyasından çəkdikləri ümumi valyuta zərərinin məcmu bank kapitalinin 9% olduğu bildirilib. Devalvasiyanın fiskal yükü azaltdıgı, amma bank sektoruna zərər verdiyi qeyd olunub.

Devalvasiyanın tədricən davam edəcəyini vurğulayan "Moody's"in proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatının artım tempinin bu ilin ikinci yarısında azalacağı gözlənilir. Bank sektorunda valyuta risklərini azaltmaq üçün ölkədə törəmə, yəni müddətli əməliyyatlar bazarının inkisaf etməsi zəruridir. Bu bazarın bankları valyuta riskindən hedc etməsi, yəni, qoruması üçün vacibliyi vurğulanıb.

Daha sonra ölkədə dollarlaşma prosesinin sürətlənərək 40%-dən 2000-ci illərin ortalarında olduğu kimi 65%-ə yüksəldiyi qeyd olunub. Eyni zamanda, ÜDM artımının neft qiymətlərindən asılılığı xüsusilə vurğulanıb və bu il neftin orta qiymətinin 55 dollar/barel, 2016-cı ildə isə 65 dollar/barel olacağı proqnozlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam