Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Premyer Liqasının oyunları təxirə salınmayacaq - RƏSMİ

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında ölkə ərazisində keçirilən kütləvi idman tədbirlərinin təxirə salınması ilə bağlı hər hansı bir qərar yoxdur. Odur ki, biz Azərbaycan Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına normal şəkildə davam edəcəyik". 

Yenixeber.org: Bu fikirləri açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev koronavirusa görə çempionat oyunlarının təxirə salınma ehtimalı barədə danışarkən deyib. 

Qurumun rəsmisi bildirib ki, məsələ ilə bağlı iclas keçirilib və digər ölkələrdən də nümunə götürülüb: "Məsələn, koronovirusun geniş yayıldığı İtaliyada sadəcə bəzi oyunlar təxirə salınır. Qonşu ölkələrdə isə çempionat öz axarı ilə davam edir. İndiki məqamda oyunların təxirə salınması məsələsi gündəmdə deyil. Oyunların keçirilməsi ilə bağlı hər hansı bir problem yaranarsa (ezam, tibbi, təhlükəsizlik) komandaların fərdi müraciəti olarsa, bu məsələlərə baxıla bilər”. 

Qeyd edək ki, daha öncə AFFA bütün liqalardakı oyunları koronavirusa görə təxirə salıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam