Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbaxça”ya qalib gəldi

“Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbaxça”ya qalib gəldi

           Türkiyə Super Liqasında XXIII tur davam edir.

Yenixeber.org: Bu gün turun daha üç qarşılaşması keçirilib.

Bütün diqqətlər İstanbul derbisinə yönəlib. “Qalatasaray”ı qəbul edən “Fənərbaxça” ilk yarının ortalarında penaltidən hesabı açıb. Son çempion fasilə ərəfəsində tarazlığı bərpa edib. Hakimin final fitinə 10 dəqiqə qalmış Radamel Falkao penaltini dəqiq yerinə yetirməklə, “sarı-qırmızılar”ı hesabda önə çıxarıb. Qarşılaşmada son nöqtəni onun komanda yoldaşı Anri Onyekuri qoyub – 3:1. Bu qələbə “Qalatasaray”a liderliyə şərik olmaq imkanı verib. “Cim-Bom” həm də “Fənərbaxça” ilə səfər matçlarındakı 21 illik qələbə həsrətinə son qoyub. Həmin vaxt – 1999-cu il dekabrın 22-də “Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib.

Digər iki qarşılaşmada turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar üz-üzə gəliblər. “Ankaragücü”nü bir qolla məğlub edən “Gənclərbirliyi” təhlükəli zonadan uzaqlaşıb.

“Antalyaspor” isə “Yeni Malatyaspor”un qonağı olub. Meydan sahibləri Antalya təmsilçisi qarşısında məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXIII tur
23 fevral
“Gənclərbirliyi” – “Ankaragücü” – 1:0

Sio, 74
“Yeni Malatyaspor” – “Antalyaspor” – 1:2
Bulut, 29 – Kulembe, 8, Podolski, 89

“Fənərbaxça” – “Qalatasaray” – 1:3
Kruze, 21 (pen.) – Donk, 40, Falkao, 80 (pen.), Onyekuri, 90+5

1. Trabzonspor 22 13 6 3 49:23 45
2. Qalatasaray 23 13 6 4 38:18 45
3. Sivasspor 23 13 6 4 42:26 45
4. Başakşəhər 22 12 7 3 41:22 43
5. Alanyaspor 23 11 6 6 41:22 39
6. Fənərbaxça 23 11 5 7 42:28 38
7. Beşiktaş 23 11 4 8 36:30 37
8. Göztəpə 22 9 7 6 29:24 34
9. Qaziantep 23 8 7 8 34:36 31
10. Gənclərbirliyi 23 7 6 10 32:39 27
11. Antalyaspor 23 6 7 10 25:40 25
12. Y.Malatyaspor 22 6 6 10 35:32 24
13. Dənizlispor 22 6 6 10 21:30 24
14. Rizəspor 21 7 3 11 21:32 24
15. Konyaspor 23 4 9 10 19:32 21
16. Ankaragücü 23 4 8 11 20:39 20
17. Kasımpaşa 22 4 4 14 29:49 16
18. Kayserispor 23 3 7 13 24:56 16

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam