Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qurban Qurbanov: "Qarabağ" ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır"

"Hər kəsə təşəkkür edirəm. Hər dəfə bu adı qazananda daha çox sevinirəm və həddindən artıq məsuliyyətli oluram".

Yenixeber.org: Bunu Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimində deyib.

48 yaşlı mütəxəssis "Qarabağ"ın davamlı şəkildə avrokubokda qrup mərhələsində iştirak etməsinin Azərbaycan üçün böyük önəm kəsb etdiyini vurğulayıb: "Bizim işimiz elədir ki, həmişə uğursuzluq ola bilər. Düşünmüşəm ki, birdən çempion olmaya, avrokubokda qrupda düşməyə bilərik. Buna görə qorxuram. Stabil uğur qazanmaq asan deyil. Təkcə futbolda yox, həyatda səhvlər olur. İstərdim hər il minimum Avropa Liqasının qrup mərhələsində Azərbaycanın bir komandası olsun. Bu, ölkənin tanınması üçün önəmlidir. Hər il nəsə hadisə olur. Bəzisi gəlir bayrağa bənzər əski çıxarır, təxribat edir. "Qarabağ" bu cür şeylərə, ölkəmizə olan təxribatlara qarşı silahdır. Çempionluğu çətin əldə etdik, Avropa Liqasında da qrupda düşmək asan olmadı. İnanıram ki, "Qarabağ" olmasa da, hansısa komandamız Avropa Liqasında qrupdan çıxacaq. Bu ada yenə mənə layiq gördüyünüz üçün hər birinizə təşəkkür edirəm. Jurnalistlərin dəyər verməsi mənim üçün önəmlidir".

Qeyd edək ki, 64 mətbu orqanından 68 jurnalistin qatıldığı ənənəvi sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. 48 yaşlı mütəxəssis 59 səs toplamaqla birinci olub. Bununla da Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib. Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam