Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

APOEL-in baş məşqçisi:“Qarabağ”la matçda hücumda daha yaxşı oynamalıyıq”

“AEK-lə oyundan sonra soyunub-geyinmə otağında futbolçuların nəticə üzündən necə məyus olduğunu gördüm. Əgər qol vura bilmirsənsə, yaxşı oyun kifayət deyil”.

Yenixeber.org: Bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll deyib.

Almaniyalı mütəxəssis ölkə çempionatının AEK-lə oyunundan (0:0) sonra qarşılaşma barədə fikirlərini açıqlayıb. O, Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la noyabrın 7-də keçiriləcək görüşə də toxunub: “Biz özümüzə inanmalıyıq. Rəqibin cərimə meydançası yaxınlığından daha çox imkanlar yaratmalıyıq. Bu matçda futbolçular çox iş gördülər. Futbol elə bir oyundur ki, topu tora göndərməsən qalib gəlməzsən. Amma başımızı dik tutmalıyıq. Cümə axşamı “Qarabağ”la vacib qarşılaşmamız var. Biz daha çox xal qazana bilərik. Bacardığımız qədər təkmilləşməliyik. AEK-lə matça tribunadan baxsaq, yaxşı oynadıq. Biz texnikalı, gözəl futbol göstərdik. “Qarabağ”la matçda hansı heyət buraxacağımı deyə bilmərəm. Biz hücumda daha yaxşı oynamalı, futbola düzgün yanaşmalıyıq. Mübarizə apardıq, amma nəticə olmadı. Belə şeylər barədə düşünmüməliyik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam