Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Düdelanj” – “Qarabağ” matçının hakimləri bəlli olub –UEFA Avropa Liqası

“Qarabağ”ın Lüksemburqda “Dudelanj”la keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı üçün bütün təyinatlar açıqlanıb. 

Yenixeber.org: Qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Con Bitona Daniel Makfarlan və Duqlas Potter yan xətt, Donald Robertson isə dördüncü hakim qismində yardımçı olacaq.

Norveçli Yon Eylif Skyervold hakim-inspektor, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Biton 2016/2017 mövsümündə də “Qarabağ”ın matçına təyinat alıb. O, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəldiyi görüşün baş hakimi olub. Şotlandiyalı referi, həmçinin iyunun 11-də Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu oyunu da idarə edib.

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq “Düdelanj” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam