Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ronaldo ilin futolçusu seçildi

 

Bu saatlarda 2014-ci ilin ən yaxşı futbolçusu, ilin ən yaxşı məşqçisi və ilin ən yaxşı qapıçısı bəlli olub.

"Xeberinfo.com":  Məlumata görə, bu gün İsveçrənin Sürix şəhərində keçirilən səsvermədə səslərin 37.66 faizini -toplayan Portuqaliya millisinin və Madrid "Real"ının ulduz futbolçusu Kristiano Ronaldo ilin ən yaxşısı seçilib. Səslərin 15.76 faizini Lionel Messi ("Barselona" və Argenrina millisi), 15.76 faizini isə Manuel Noyer ("Bavariya" və Almaniya millisi) toplayıb.

Digər mükafatlara gəldikdə isə Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin ən güclü məşqçisi seçilib. Namizədlər arasında Y.Lövlə yanaşı Karlo Ançelotti ("Real") və Dieqo Simeone ("Atletiko") da var idi.

Ən yaxşı qol üçün nəzərdə tutulan Ferents Puşkaş mükafatı 2014-cü il dünya çempionatında 1/8 finalda Uruqvaya vurduğu möhtəşəm qolla Hames Rodrigesə verilib. Ən yaxşı qadın baş məşqçi titulunu Almaniyanın gənclər komandasının baş məşqçisi Maren Maynert qazanıb. Ən yaxşı qadın futbolçu adına isə "Volfsburq"un (Almaniya) oyunçusu Nadine Kessler layiq görülüb.

Beləliklə, siyahıdan da göründüyü kimi, ilin futboluna almanlar damğa vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam