Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

“Neftçi”nin baş məşqçisi:"Qapımızı toxunulmaz saxlamaq çətin olacaq"

“Sabah çox ciddi rəqibə qarşı oynayacağıq. “Arsenal” hazırda texniki və fiziki durumları yüksək səviyyədədir. Onların Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Maraqlı oyun olacaq”.

Yenixeber.org:  Bunları “Neftçi”nin baş məşqçisi Roberto Bordin Rusiyada “Arsenal”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Bakı-Moskva təyyarəsində problem yarandığı üçün 6 saat yubanmaları komandaya təsir etməyəcək: “Yorğunluq bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişdik. Yüngül məşqdən sonra hazır olacağıq. Yubanmanın oyuna təsir edəcəyini düşünmürəm”.

Bordinin sözlərinə görə, əsas məqsədləri oyuna düzgün yanaşmaqdır: “Qol buraxmasaq yaxşı olar. Ancaq rəqib çox yaxşı komandadır və əla formadadır. Qapımızı toxunulmaz saxlamaq çətin olacaq. Buradan qələbə ilə də qayıtmaq istərdim. Oyuna düzgün yanaşmağa çalışmalıyıq. Çünki cavab görüşü də var. Öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. “Arsenal” ilk dəfədir avrokubokda çıxış edir, stadionda ajiotaj olacaq. Matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Biz də öz evimizdə üstün durumda olacağıq. “Neftçi” böyük tarixə malik klubdur. Burada gözəl oyun nümayiş etdirmək və sərfəli nəticə qazanmaq istəyirik. Sabah necə olacağını indidən deyə bilmərəm. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Sabah hava şəraitinin yağışlı olmaq ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox”.

Qeyd edək ki, iyulun 25-də “Arsenal” mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq/Report.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam