Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Arsenal"ın baş məşqçisi:"Qarabağ" və "Vorksla"la ilə oyunlarımız var"

 

 

 "Komandanın çoxlu xal toplamasına və bir çox oyunçunun qol vurmasına sevinirəm. Amma biz müdafiədə də daha yaxşı oynamalıq. Rəqiblərin çox xal qazanmasına çox imkan verməməliyik".

Yenixeber.org: "The Sun" bu fikirləri İngiltərə"Arsenal"ının baş məşqçisi Unay Emeri Premyer Liqanın XIII turunda qarşılaşacaqları "Bornmut"la matçdan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis komandasının hazırda pis çıxış etmədiyini vurğulayıb: "16 oyunda məğlub olmamağımız çox yaxşıdır. Amma son üç qarşılaşmada heç-heçə etmişik. Bu, heç də yaxşı deyil. İlk "4-lüy"ə daha yaxın olmaq üçün yenidən qalib gəlməyə başlamalıyıq".

İspaniyalı məşqçi UEFA Avropa Liqası barədə də danışıb: "Turnirdə növbətə mərhələyə vəsiqə qazanmışıq. Ammma qrupu birinci pillədə başa vurmaq istəyirik. "Qarabağ" və "Vorksla"ya ilə oyunlarımız var".

U.Emeri son olaraq ilin sonundakı sıx qrafiklə bağlı fikirlərini bölüşüb: "İngiltərə Liqa Kubokunda "Tottenhem"lə qarşılaşacağıq. Ancaq hazırda bizim üçün əsas olan Premyer Liqadır. Xeyli matç var və dəyişikliklər edəcəyik. Bir çox oyunçuya komandaya kömək etməsi üçün şans verəcəyik".

Qeyd edək ki, "Arsenal" "Qarabağ"la Bakıda keçirdiyi oyunda 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar Londonda dekabrın 13-də görüşəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam