“Yuventus”un Kriştiano Ronaldonun transferinə 117 milyon avro xərclədiyi açıqlansa da, “Real” nə qədər pul çatması barədə açıqlama verilməmişdi.
Yenixeber.org: “KPMG Football Benchmark” bu pulun necə bölündüyünü araşdırıb. Məlum olub ki, 117 milyon avrodan 100 milyonu “Real”a ödənilib. 12 milyon avro futbolçunun meneceri Jorje Mendesə çatıb. Qalan 5 milyon avro isə FIFA-nın Həmrəylik Təşkilatlarının payına düşüb.
Ronaldoya illik 30 milyon avro ödəyəcək “Yuventus”un kassasından vergilər daxil 56 milyon avro çıxacaq. 4 illik müqavilə müddətində portuqaliyalı ulduzun xəcləri Turin klubuna 340 milyon avroya başa gələcək. “Yuventus”un 2018/19 mövsümündəki maaş büdcəsinin 21 faizi Ronaldonun payına düşəcək. Həmçinin 4 il ərzində futbolçunu qorumaq istəyən klub onu qəza, ölüm, həyat və zədə sığortası etdirəcək. İtaliya klubu sığorta haqqı olaraq fərqli firmalara 5 milyon avro ödəyəcək.
“Yuventus”un özünən 4 ildə 340 milyon avrodan artıq gəlir əldə edəcəyi proqnozlaşdırılır. Ronaldonun transferindən dərhal onra klub forma satışından 24 saat ərzində 8 milyon avro gəlir əldə edib.