Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DÇ-2018:Bu gün ilk turun son görüşləri və ikinci turun ilk matçı keçiriləcək


Yenixeber.org: Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün ilk turun son 2 görüşü və ikinci turun ilk matçı keçiriləcək.

 Məlumata görə, əvvəlcə H qrupunun qarşılaşmaları oynanılacaq. Saranskdakı "Mordoviya Arena"da Kolumbiya Yaponiya ilə üz-üzə gələcək. Oyunu sloveniyalı referi Damir Skomina idarə edəcək.

Bu oyunun ardından Moskvadakı "Spartak" stadionunda Polşa Seneqalı sınağa çəkəcək. Görüş bəhreynli referi Navaf Şükrallaha həyalə olunub.

İndiyədək Asiya təmsilçilərindən yalnız İran qələbə qazana bilib. Qonşu ölkə yığması Mərakeşi məğlub edib - 1:0. Əvəzində Səudiyyə Ərəbistanı millisi Rusiyaya 0:5, Cənubi Koreya İsveçə 0:1, çempionata Asiya zonasından vəsiqə qazanan Avstraliya Fransaya 1:2 hesabı ilə uduzub.

Afrikanın isə daha əvvəl çıxış etmiş 4 komandasının hamısı məğlubiyyətlə üzləşib. Mərakeş İrana, Misir Uruqvaya 0:1, Nigeriya Xorvatiyaya 0:2, Tunis İngiltərəyə 1:2 hesabı ilə uduzub.

Günün son matçında Rusiya və Misir yığmaları II turun ilk görüşünə çıxacaq. Paraqvaylı referi Enrike Kaseresin idarə edəcəyi görüşün dördüncü hakimi türkiyəli Cüneyt Çakır olacaq.

Çempionatın açılış oyununda təşkilatçı ölkə millisi Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub edib. Stanislav Çerçesovun baş məşqçi olduğu komanda yenə qalib gəlsə, vaxtından əvvəl 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək. Eyni zamanda Misir yığması, çox güman ki, qrupda qalacaq. Afrika təmsilçisinin heyətində Məhəmməd Salahın meydana çıxacağı gözlənilir. Rusiya yığmasında isə Alan Zaqoyev ilk turda aldığı zədə üzündən qrup mərhələsindəki oyunları buraxacaq.

DÇ-2018

H qrupu

I tur

16:00. Kolumbiya - Yaponiya

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair)

Saransk, "Mordoviya Arena"

19:00. Polşa - Seneqal

Hakimlər: Navaf Şukrallah, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, "Spartak" stadionu

A qrupu

II tur

22:00. Rusiya - Misir

Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam