Futbol üzrə hakim Əliyar Ağayev FİFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəlib.
Yenixeber.org: Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.
Bildirilib ki, bir neçə ildir FİFA referisi olan, beynəlxalq oyunlara təyinat alan Ağayev yüksək səviyyəli idarəçiliyinə görə birinci kateqoriyaya layiq görülüb. O, müstəqillik dövründə bu pilləyə yüksələn ilk azərbaycanlı hakimdir.
Bu isə o deməkdir ki, Əliyar Ağayev bundan sonra daha mühüm beynəlxalq oyunlara təyinat alacaq.