Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya Güləş Birliyinin prezidenti Azərbaycan haqqında danışdı

Dünya Güləş Birliyinin prezidenti Azərbaycan haqqında danışdı

 

 

"Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığa şahidlik etmişəm"

 

Yenixeber.org: Bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında iştirak edən Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində deyib.

Ölkəmizin Dünya Güləş Birliyində böyük pay sahibi olduğunu söyləyən Nenad Laloviç Azərbaycanın güləş yarışlarını hər zaman yüksək təşkilatçılıqla həyata keçirdiyini deyib. Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turniri, Avropa Oyunları, Avropa və Dünya çempionatlarını xatırlayan DGB rəsmisi bu yarışlar haqda xoş təəssüratlarını bildirib: "Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz Azərbaycan Güləş Federasiyasının böyük təcrübəyə malik olduğunu bilirik".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam