Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Futbolçumuz Almaniya klublarından təklif alıb

 

 

 

Almaniya "Ayntraxt"ından kənarlaşdırılan Azərbaycan millisinin futblçusu Renat Dadaşov bir neçə klubdan təklif alıb

 

Yenixeber.org: Bu barədə 18 yaşlı hücumçunun meneceri Kostas Spanudakis “Bild”ə bildirib. O, deyib ki, Dadaşovu birbaşa müqaviləyə dəvət etmək istəyənlər var: “Almaniya və xaricdən bir neçə təklif gəlib. Onlardan bəziləri futbolçunu dərhal götürməyə hazırdırlar”.

Qeyd edək ki, “Ayntraxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var. 18 yaşlı futbolçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun düşərgəsindədir. Yığma üzvü formasını qorumaq üçün Almaniyada Regional Liqanın Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam