Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sadıq Sadıqov:"Böyükağa Hacıyevin nə sözü, nə də futbolu şablon olub"

 

 

“Böyükağa Hacıyevin ürəyi futbolla döyünürdü. Son günə qədər futbolla idi, giley-güzarını çatdırırdı”.

“Report” xəbər verir ki, bunu “Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov tanınmış məşqçi Böyükağa Hacıyevin vəfatı ilə bağlı danışarkən deyib. O, bildirib ki, Azərbaycan böyük bir mütəxəssisi itirib: “Çox böyük itkidir. O, həm sloqanları, həm özünü istətməyi, həm də məşqçi bacarağı ilə yadda qalacaq. Mətbuat konfransları yadıma düşür. Onun nə sözü, nə də futbolu şablon olub. “Neftçi”nin qazandığı uğurlarda böyük pay sahibidir. Üzərimizdə haqqı var. Özü ilə danışdanda da dedim ki, haqqını halal et. Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk azərbaycanlı məşqçidir”.

S.Sadıqov dəfn mərasimində gözlənildiyi qədər çox insanın iştirak etməməsinə də toxunub: “Vəfatı qəfil oldu. Dəfnə gələnlərin hamısına "çox sağ ol" deyirəm. Qəfil olmasaydı, gələn də çox olardı. Onun sevənləri çoxdur. Gözəl insanı itirdik. Dəyərli qardaş idi. İnanmıram ki, Azərbaycan futbolunda bu cür tarix yazan, öz dəst-xətti olan məşqçi bir daha gəlsin. Allah ömür versəydi, daha böyük uğurlara imza atardı. Bu cür insanlar tək-tük olur. Allah rəhmət eləsin”.

Qeyd edək ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, B.Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. Tanınmış mütəxəssis bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.

Allah rəhmət eləsin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam