Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlin ən yaxşı qapıçıları kimlərdir?

İlin ən yaxşı qapıçıları kimlərdir?

 

2017-ci ilin ən güclü qapıçılarının adları müəyyənləşib

 

Yenixeber.org:  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibləri Canluici Buffon və Sarah Buhaddi olub.

Qurumun internet saytında aparılan, jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda kişi qapıçılar arasında 251 xal toplayan Buffon rəqiblərini böyük fərqlə qabaqlayıb. Manuel Noyer ikinci yeri tutubsa, ilk “3-lüy”ü Keylor Navas qapayıb.

Qadın qapıçılardan isə Sarah Buhaddi 190 xala layiq görülüb. “Lion”un qolkiperi hollandiyalı Sari van Veenendaalı üstələyib.

Sorğuda Azərbaycanı təmsil edən Apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev də ilk pillənin qaliblərini doğru proqnozlaşdırıb. Əməkdaşımızın kişi qapıçılar arasında 2-ci göstərdiyi Keylor Navas 3-cü, 3-cü pilləyə layiq bildiyi Tibo Kurtua isə 6-cı yerdə qərarlaşıb.

Xeyrullayev qadın qapıçılarda isə ilk iki pillənin sahiblərini tapıb. Onun 3-cü kimi qeyd etdiyi Almut Şult isə 6-cı olub.

Kişilər:

1. Canluici Buffon (“Yuventus” / İtaliya) - 251 xal
2. Manuel Noyer (“Bavariya” / Almaniya) - 103
3. Keylor Navas (“Real” / Kosta-Rika) - 85
4. Yan Oblak (“Atletiko” / Sloveniya) - 74
5. David De Xea (“Mançester Yunayted” / İspaniya) - 70
6. Tibo Kurtua (“Çelsi” / Belçika) - 51
7. Mark Andre Ter Ştegen (“Barselona” / Almaniya) - 21
8. Uqo Loris (“Tottenhem” / Fransa) - 9
9. Allison (“Roma” / Braziliya) - 8
10. Canluici Donnarumma (“Milan” / İtaliya) - 6
10. Samir Handanoviç (“İnter” / İtaliya) - 6
12. Klaudio Bravo (“Mançester Siti” / Çili) - 4
12. Ederson (“Benfika”/“Mançester Siti” / Braziliya) - 4
14. Andre Onana (“Ayaks” / Kamerun) - 1
14. Daniel Subaşiç (“Monako” / Xorvatiya) – 1

Qadınlar:

1. Sarah Buhaddi (“Lion” / Fransa) - 190 xal
2. Sari van Veenendaal (“Arsenal” / Hollandiya) - 112
3. Katarzina Kedrjinek (PSJ / Polşa) - 42
4. Manuela Zinsberger (“Bavariya” / Avstriya) - 40
5. Karen Bardsli (“Mançester Siti” / İngiltərə) – 36

Qeyd edək ki, Canluici Buffon bununla 5-ci dəfə (2003, 2004, 2006, 2007) ilin qapıçısı seçilib. Bununla o, rekordçu İker Kasilyasa çatıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam