Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşır -DÇ-2018

 

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Yenixeber.org:   Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan Almaniya millisini qəbul edəcək.

Geridə qalan 4 turdan sonra "C" qrupuna məhz 12 xala malik Bundestim başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürürlər. Çexiya 5 xalla 4-cü, Norveç isə 3 xalla 5-ci pillədədir.

Maraqlıdır ki, qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn və 16 qol vuran almanlar qapılarını toxunulmaz saxlamağı da bacarıblar.

Daha bir maraqlı fakt. Bugünkü görüş Azərbaycan və Almaniya milli komandalarının 5-ci dueli olacaq. 2010-cu il dünya və 2012-ci il Avropa çempionatlarının seçmə mərhələləri çərçivəsində baş tutan matçlarda almanlar üstün olublar. Həmin dönəmdə Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığması rəqibə müvafiq olaraq, səfərdə 0:4 və 1:6, evdə isə 0:2 və 1:3 hesabı ilə uduzub.

Son dünya çempionunun Bakıya 3 xal dalınca gəldiyi şübhəsizdir. Amma inanırıq ki, aktivində 7 xal olan milli komandamız da güclü rəqibinə qarşı layiqli mübarizə aparmağa çalışacaq.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

"C" Qrupu

20:00 Azərbaycan - Almaniya

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam