Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çempionlar Liqası:1/8 final mərhələsinə start

Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatır. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Xeberinfo.com:   İlk oyun günündə iki qarşılaşma baş tutacaq ki, bunlardan birinə xüsusi diqqət var. Təbii ki, söhbət Fransada oynanılacaq PSJ – “Barselona” görüşündən gedir. Qrup mərhələsində məğlubiyyət üzü görməyən parislilər ikinci yeri tutmuş və “Barsa”ya rəqib olmuşdular. Son vaxtlar əla formada olan Unay Emerinin yetirmələri cavab qarşılaşması öncəsi üstünlük əldə etməyə çalışacaqlar. Əlbəttə ki, bu gün fransızların əsas qol ümidi cari mövsüm qolçuluq bacarığını nümayiş etdirən Edinson Kavani olacaq.
“Barselona” isə son 3 rəsmi oyunda məğlub etdiyi PSJ önündə uğurlu seriyanı davam etdirməyə çalışacaq. Meydan sahiblərində Xavyer Pastore və Qrzeqorz Krixovyak zədəli, Tiaqo Motta cəzalıdısa, qonaqların heyətində Aleyş Vidal, Xavyer Maskerano, Rafinya və Arda Turan zədədən əziyyət çəkirlər.
Günün digər matçında “Benfika” ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər. Portuqaliya çempionatının lideri güclü rəqibi büdrətmək və Almaniyaya sərfəli nəticə ilə yollanmaq arzusundadı. Amma “Borussiya”nın Madrid “Real”ının da yer aldığı F qrupunda birinci yeri tutduğunu unutmayaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
14 fevral
23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam