Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şübhəli oyunlarla bağlı UEFA-dan məxfi xəbərlər gəlib”

 

top dollar

Ona görə də bu işə artıq daha da ciddi yanaşırıq

Xeberinfo.com:   AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın danışılmış oyunların araşdırılması ilə bağlı komissiyasının Azərbaycan çempionatının bəzi oyunlardakı şübhəli məqamlara dair araşdırmalara başlamasına rəsmi münasibət bildirib.

E.Məmmədov “Report”a açıqlamasında belə araşdırmaların hər zaman nəzarət altında olduğunu bildirib: “Lakin son aylar bununla bağlı mənfi xəbərlər gəlməyə başladı. Ona görə də bu işə artıq daha da ciddi yanaşırıq. Açığı, indi heç nə deyə bilmərik, çünki hələlik araşdırmaların gedişatını məxfi saxlamağa qərar vermişik. Növbəti aylarda eşidəcəksiniz, nəticələr haqda məlumatlar veriləcək”.

Baş katibin sözlərinə görə, bu məsələdə UEFA ilə çox sıx əlaqədə işləyirlər: “Bəzi klublardan artıq məlumatlar gəlib. Ancaq UEFA da tövsiyə edib ki, klubların adlarını məxfi saxlayaq. Buna görə həmin klubların hansı liqada çıxış etdiklərini deyə bilmərəm. Araşdırma yekunlaşandan sonra nəticələr ilk növbədə, AFFA-nın İcraiyyə Komitəsinə, sonra İntizam Komitəsinə göndəriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam