Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş məşqçi ifşa olundu: korrupsiya qalmaqalı

 

 

Britaniya futbolunda böyük qalmaqal yaşanır.

Xeberinfo.com:   "The Telegraph" qəzetinin jurnalistləri İngiltərə yığmasının baş məşqçisi Sem Elardaysın korrupsiya əməlinin üstünü açıblar.

Belə ki, jurnalistlər Asiyadan olan varlı biznesmen adı ilə pərdələnərək, baş məşqçi ilə bir neçə görüş keçiriblər. Məqsədləri guya Premyer-liqada oyunçu transferlərindən qazanmaq olub. 

Elardays söz verib ki, müəyyən ödənişin qarşılığında öz mövqeyindən istifadə edərək, onlara yardım göstərə bilər. Göstərəcəyi xidmətə görə məşqçi 400 min funt istəyib. 

Sözünün doruluğunu sübut etmək üçün Sem Elardays “biznesmen” adı ilə pərdələnən jurnalistlərə izah edib ki, İngiltərə Futbol Assosiasiyasının üçüncü şəxslərin futbolçulara sahiblənmək hüququnu məhdudlaşdıran qaydalarından necə yan keçmək olar.

Jurnalistlər onunla bütün söhbəti gizli kameraya çəkib, sonra isə yayımlayıblar.

Güman ki, bu qalmaqaldan sonra baş məşqçi istefa verəcək. 

Qeyd edək ki, Sem Elardays bu ilin iyulundan Britaniya yığmasına məşqçilik edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam