Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

42-ci Ümumdünya Şahmat Olimpiadası açıq elan edildi - FOTOLAR

42-ci Ümumdünya Şahmat Olimpiadası açıq elan edildi
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
 
Xeberinfo.com:  APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Dünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
 
Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib.
 
Sonra FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib.
 
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.
 
Sonra püşkatma keçirilib.  Olimpiadanın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirakçıların siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında oyunun hansı fiqurla başlanacağını müəyyən edib.
 
Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa çatıb.
 
Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.  
 
Mötəbər yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.
 
İlk tura sentyabrın 2-də start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

 







 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam