Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Məhəmməd Əli idman dünyası və Olimpiya hərəkatı üçün heç nə etməyib”

“1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında turnit təşkil edilmişdi”.

Xeberinfo.com:   Bunu AzVision.az–a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev deyib.

Deputat bildirib ki, Məhəmməd Əlinin doğum günü ilə əlaqədar təşkil edilən turnirdə iki boksçumuz - Rövşən Hüseynov və Əli İsmayılov iştirak edib.

“Turnirə gedəndə özümüzlə hədiyyə aparmışdıq. Məhəmməd Əli ilə görüşəndə hədiyyəni ona təqdim etdik və xatirə şəkili çəkdirdik. Həmin turnirdə dünyanın bir çox ölkələrindən idmançılar iştirak edirdi. Məhəmməd Əli həmin vaxtlarda da xəstə idi, hətta danışmaqda çətinlik çəkirdi”.

Millət vəkil hesab edir ki, Məhəmməd Əlinin yaxşı boksçu olsa da, dünyada boksun inkişafı üçün heç nə etməyib: “Məhəmməd Əli gözəl boksçu olub. Öz üzərində işləyib, həyatı və ölkəsi üçün uğurlar əldə edib. Ən azından istedadlı boksçu idi. O, rinqə çıxaraq pul qazanırdı. Hesab edirəm ki, ən yaxşı profesional boksçu Con Luis olub. Sonra Məhəmməd Əli onu əvəz edib. Yaxşı insan olan Məhəmməd Əli idman dünyası və Olimpiya hərəkatı üçün heç nə etməyib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam