Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın daha 6 idmançısı dopinqli çıxdı

 

Rusiya idmanının dopinq qalmaqalı davam edir.

 

Xeberinfo.com:  Apasport.az saytının məlumatına görə, məşhur tennisçi Mariya Şarapovanın ardınca daha 6 idmançının analizi müsbət nəticə verib.

Belə ki, fiqurlu konkisürən Yekaterina Bobrova, konkisürən Pavel Kulijnikov, velosipedçi Eduard Vorqanov, şot-trekçi Semyon Yelistratov və voleybolçu Aleksandr Markinin də orqanizmindən istifadəsi qadağan olunan preparat tapılıb. Onların da Şarapova kimi meldonidən istifadədə günahlandırılırlar.

Buna münasibət bildirin Rusiyanın idman naziri Vitali Mutko deyib ki, daha bir neçə belə faktın üzə çıxması gözlənilir. O, diskvalifikasiyaların kütləvi xarakter daşıyacağını istisna edib.

Meldoninin yaradıcısı İvar Kalvinş isə bu preparatdan 2 milyona yaxın adamın istifadə etdiyini və onun dopinq olmadığını açıqlayıb: “Meldoninin qadağası axmaqlıqdı. Bu, dopinq deyil. İdmançıları yükləmələr vaxtı qoruyur. Şadıq ki, insanlar bundan istifadə edir və sağlamlığını qeydinə qalırlar. WADA-nın bunu dopinq sayması üçün heç bir elmi əsası yoxdu”.

Qeyd edək ki, meldoni ürək xəstəliklərinin profilaktikası üçün istifadə olunur. Bu maddə bu il yanvarın 1-dən qadağan olunmuş preparatların S-4 sinfinə daxil edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam