Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Azərbaycan ciddi rəqibdir"

 

"Son bir həftə olduqca yaxşı məşqlər keçdi. Sadəcə Pirlo məşqdə aldığı zədədən dolayı oyunda iştirak etməyəcək. Lakin əsas olan sabahkı oyundur".
 
"Xeberinfo.com":  Sportnet.az-a istinadən xəbərə görə, bunu İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

"Avro"2016-nın seçmə qrup mərhələsində Azərbaycanla keçiriləcək oyun haqda danışan mütəxəssis bildirib ki, oyunla bağlı heç bir şübhə yoxdur: "Hər şey əladır. Ümid edirik ki, hər şey bizim xeyrimizə olacaq".

Daha sonra A.Konte jurnalistlərin suallarını cavablandırıb.

- 1 il əvvəl demişdiniz ki, federasiya baxımından tək qalmısınız və heç kim sizə kömək olmur. İndi necə?

- Bu müddət ərzində fikirlər dəyişib. İndi qarşımızda daha böyük işlər var və fikrimizi oyunlara yönəltmişik. Hədəfimiz Avropa çempionatına vəsiqə qazanmaqdır.

- Azərbaycana qarşı aqressiv, yoxsa səbrli İtaliya görəcəyik?

- Rəqib olduqca çətindir. Son oyunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda yeni baş məşqçi nəyəsə nail olub. Ümid edirik ki, bu oyunda qəələbə qazanaraq istəyimizə nail olacağıq.

- Pirlonun yoxluğu necə təsir edəcək və hansı taktikadan istifadə edəcəksiniz?

- Pirlo bizim üçün önəmli futbolçudur. Ancaq sabahkı oyunda bu yoxluğu hiss etməməyə çalışacağıq. Taktikaya gəlincə, futbolçularımız istedadlıdır və bir neçə taktika ilə çıxış edə bilərik.

- 3-5-2, 4-3-3 və 4-4-2 taktikası ilə oynayırsınız. Demək olarmı ki, bir futbolçu bir neçə yerdə oynayır?

- Bizim futbolçular hər mövqedə oynamağa hazırdır. Çalışacam ki, oyun ərzində yeniliklər edərək komandanın yaxşı cəhətini göstərək.

- Futbol Federasiyasının prezidenti bildirib ki, sizin qalmağınızdan razı olardılar. Bu getməyinizdən xəbər verir?

- Bizim 2 məqsədimiz var. Birinci qrup mərhələsinə vəsiqə qazanmaq, ikincisi qrupda yüksək nəticə qazanmaq. Federasiya prezidentinə təşəkkür edirəm ki, işimizi dəyərləndiri.

- İtaliya millisi 48 oyndur məğlub olmur. Sabahkı oyunda bu tilsim sına bilər?

- Çalışacağıq ki, bu seriyanı davam etdirək. Amma qeyd etməliyəm ki, yeni stadionda çoxlu azarkeş qarşısında ilk oyun keçiriləcək. Çalışacağıq ki, sürprizə imkan verməyək. Təbii ki, hər iki komandanın futbolçuları eyni səviyyədə deyil. Amma rəqibi qiymətləndiririk və çətin oyun olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam