Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

I Avropa Oyunlarının bağlanış mərasimi - CANLI YAYIM

 

"Xeberinfo.com":   Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir. 

Yaradıcı heyət “Oyanış” adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycan Dövlət Himnini yeni simfonik aranjemanda ifa edir.

 

***

Bağlanış mərasimi başlayır. Stadionda şeypurlar səslənir. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətli alqışlarla salamlayırlar.

 

20:51

 

İlk Avropa Oyunlarının bağlanış mərasimi başladı.
Bakı - 2015-in diqqət mərkəzi bağlanış mərasimi üçün yenidən Olimpiya Stadionuna qayıdıb. 
 

Bakı 2015-in Bağlanış Mərasimi barədə əlavə faktlar:

- Stadionun daxilində 250 metr uzunluğunda 7,5 ton ağırlığa tab gətirən xətlər çəkilib

- Üç səhnədə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri

- Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük
- 800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil
- 2000-dən çox işıqlandırma qurğusu
- Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumulyator
- 2011-ci ildən etibarən Olimpiya Stadionunun tikintisinə 20,5 milyon saat əmək sərf olunub
- 10 min ədəd pirotexniki qurğu
- Mərasimin möhtəşəm atəşfəşanlıq səhnəsinin hazırlanması üçün sahədə 5 min saat əmək sərf olunub
- Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib
- Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib.



Qeyd edək ki, Bakı- 2015 Avropa Oyunlarında 16 olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilib. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil ediblər. 

İdman növlərinin on ikisi 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradıb. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir. 

Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdu.



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam