Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərmühafizə”nin işçiləri 10 ayda cəmi 3 dəfə maaş alıblar

 

«Azərmühafizə» İdarəsi Qazax şöbəsinin işçiləri Qazax rayon prokurorluğu qarşısında aksiya keçiriblər.

"Xeberinfo.com":  Məlumata görə, Aksiyaya səbəb maaşlarını ala bilməmələridir.
«MİN MANAT DEPOZİTƏ 480 MANAT MAAŞ VƏD EDİLİR»
2014-cü ilin aprelindən fəaliyyətə başlayan bu qurum fəaliyyət göstərdiyi 10 ay boyunca işçilərinə cəmi 3 dəfə maaş verib.
«İşə qəbul qaydası belədir ki, min manat depozit qoyduqda – 480 manat, 2 min manat qoyduqda – 980 manat maaş vəd edilir. İşçilərin ilk maaşı 45 gündən, ikinci maaşı 35 gündən hesablanıb. Mühafizə Xidməti rayonda sahibkarların obyektlərini mühafizə etməli idi» – işçilərdən Araz Vəliyev belə deyir.
Digər mühafizə işçisi Qurban Qurbanov havalar soyusa da, qalmağa yer tapmadıqlarını bildirir:
«Gecəni kimi öz maşınında keçirir, kimi də bayırda – küçələrin zibilini yandırmaqla səhəri qarşılayır. Gündə 14 saat xidmət göstəririk, amma ötən ilin oktyabrından bəri maaşlar verilmir».
«MAAŞLARI VERMİRLƏR Kİ… HEÇ OLMASA, KREDİTLƏRİMİZİ ÖDƏYƏK»
9EE6ECBF-80A2-4AA1-B5C8-0AB2EF34E745_w640_r1_sQurban Qurbanovun dediyinə görə, Qazax şöbəsinin rəisi Elxan İsmayılov «bu gün-sabah» deməklə onları yola verir:
«Rəis dekabrda maaşların veriləcəyini söyləsə də, bayrama görə hərəyə cəmi 30 manat pul paylamaqla kifayətlənib. Daha sonra yanvarın 6-dan 23-dək maaşların tam ödəniləcəyi vəd edilsə də, yenə aldadıldıq. Bütün şöbələrdə vəziyyət eynidir. Qapımızın mal-qarasını sataraq, ya da kredit götürərək depozit qoymuşuq, indi maaşları vermirlər ki, heç olmasa, aparıb kreditlərimizi ödəyək».
ƏSAS RƏİS DƏLƏDUZ ÇIXIB?
«Azərmühafizə»nin Qazax şöbəsində 190 işçi çalışır. İdarə bütövlükdə ölkənin 48 rayonunda fəaliyyət göstərir. Bu idarənin rəisi Vüqar Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. İş üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır. (Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam