Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəbhədə monitorinq zamanı təxribat

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən növbəti monitorinq başa çatıb

 

"Xeberinfo.com":  Müdafiə Nazirliyindən publika.az-a verilən məlumata görə, monitorinq zamanı erməni tərəfi yenə də təxribata cəhd göstərib.
 
Belə ki, monitorinqdən əvvəl əldə olunmuş razılaşmaya əsasən ermənilər təmas xəttinin qarşı tərəfində monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərini təyin olunmuş koordinatlara düzgün çıxarmayıblar. Bununla da monitorinqin keçirilmə vaxtı gecikdirilib.
Müəyyən prosedurlar həll edildikdən sonra monitorinqin keçirilməsi mümkün olub.
 
Lakin monitorinqin sona çatmasına az qalmış Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq ATƏT nümayəndələrinin olduğu ərazidən bir qədər aralıda mövqelərimizi bir neçə dəfə atəşə tutublar.
 
Müdafiə Nazirliyi bir daha bildirir ki, beynəlxalq hüququn normalarına və prinsiplərə məhəl qoymayan erməni tərəfinin təxribat xarakterli bu cür əməlləri artıq sistematik hal alıb. Düşmən tərəfi hər dəfə təmas xəttində vəziyyəti gərginləşdirməklə beynəlxalq təşkilatların normal fəaliyyətinə şərait yaratmır və onların müəyyən olunmuş vəzifələrinin icrasına məqsədyönlü şəkildə mane olurlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam