Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq deputatın oğlunun maşınından 2 meyit tapıldı

 

Bakıda dəhşətli hadisə baş verib.

"Xeberinfo.com":  Məlumata görə, Xətai rayonu, Gəncə prospekti 2 ünvanının qarşısındakı dəmir qarajda “Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən 1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif qızının meyiti tapılıb. Hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə olub. 

 

Bildirilir ki, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm qazından boğulub.

Hadisənin baş verdiyi avtomobil paytaxt sakini Ansuxski Abdulqədir Əli oğluna məxsus olub.

M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qarajda avtomobilə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası hava çəkməyib və yaranmış dəm qazı nəqliyyat vasitəsinin içinə dolub.

Qeyd edək ki, daha əvvəl də oxşar hadisələr baş verib.

Onu da qeyd edək ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Abdulqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli Ansuxskinin oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

lent.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam