Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abşeron sakini qəbiristanlıqda bacısının boğazını kəsərək qətlə yetirib - RƏSMİ AÇIQLAMA

Abşeron rayonunda qardaş öz bacısının boğazını kəsərək qətlə yetirməsi ilə bağlı baş verən hadisə ilə əlaqədar cinayət işi başlanılıb.

Yenixeber.org: Bu barədə açıqlamasında Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, A.Fərzalıyevanın azyaşlı körpəsi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam