Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İrşad Telecom”da hökm sürən fırıldaqçılıq

 

“İrşad Telecom” müştərilərə qarşı süründürməçilik edir. Onları müxtəlif yollarla aldatmağa çalışır” 

"Xeberinfo.com": 

AzNews.az “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin açıqlamalarını təqdim edir:
”İrşad Telecom”un “Qızıl” zəmanət kartı müştərilərdən pul qoparmağa hesablanıb. Servisin bu xidməti başdan-ayağa dələduzluq üzərində qurlub. “İrşad Telecom”a kreditlə hər hansı bir texnika almaq üçün müraciət edən müştəriyə məcburi olaraq “Qızıl zəmanət” kartı verilir. Bu zəmanətə görə müştəri aldığı əşyanın 10 faizi dəyərində şirkətə pul ödəyir. Məsələn, 1000 manatlıq əşyanın qızıl zəmanəti 100 manatdır. Bu məbləğin kredit faizinə aidiyyatı yoxdur. Əsl oyunlar da müştərinin başına bundan sonra gətirilir. Şirkətin satdığı məhsulların keyfiyyətsizliyi ucbatından müştəri 4 ay sonra “İrşad Telecom”un servis xidmətinə müraciət etmək məcburiyyətində qalır. Bütün bu hallarla “İrşad Telecom”da qarşılaşmışam. Bu ilin iyul ayında aldığım telefonda problem yarandı və kiçik bir detal dəyişlməli idi. Məlum oldu ki, zəmanət kartının heç bir hüquqi əsası yoxdur. “İrşad Telekomun” servis xidmətində məndən şəxsiyyət vəsiqəsi tələb etdilər. Məlum məsələdir ki, bu süründürməçilik üçün atılan addımdır. Vətəndaşların əksəriyyəti üstündə şəxsiyyət vəsiqəsi gəzdirmir. Əgər zəmanət kartında bütün informasiyalar qeyd olunubsa, mənim şəxsiyyət vəsiqəm bunların nəyinə lazımdır? Bəs rayondan gələn vətəndaş nə etməlidir? Beləliklə, qanunsuz olaraq telefonumu təmir etməkdən imtina etdilər. Sonradan rəhbərliyə şikayət edəndən sonra servislə əlaqə saxlayaraq telefonu təmir etmələrini tapşırdı. Yenidən servisə qaydıb telefonu təqdim edəndə süründürməçliyin ikinci mərhələsini işə saldılar. Bildirdilər ki, dəyişilməsi 15 dəqiqə çəkən bir detal üçün telefon 15 gün müddətinə servisdə qalmalıdır. Mən bütün bank əməliyyatlarını telefonla həyata keçirirəm. Əlbəttə, buna razı olmadım. Təklif etdim ki, zəmanət lazım deyil, ödənişlə təmir edin və geri qatarın. Bununla da razılaşmadılar. Keyfiyyətsiz məhsul satmaqları bir tərəfə, zəmanət adı ilə vətəndaşları aldadıb sonra da xidmət göstərmirlər. “Qızıl zəmanət” rəsmi olaraq heç bir qurumda qeydiyyata alınmayıb. Bu, “İrşad Telecom”un müştərilərdən pul qoparmaq üçün uydurduğu bir dələduzluq əməlidir”.

Şikayətçi qeyd edib ki, “İrşad Telecom”da qarşılaşdığı özbaşınalıq və süründürməçiliklə bağlı bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam