Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

13 yaşlı Bərdə sakini enerji içkisindən ölməyib- Nazirlik

Bərdədə 13 yaşlı uşağın enerji içkisi qəbul edəndən sonra ölməsi faktı təsdiqlənməyib.

Yenixeber.org: Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Dəymədağıldı kənd sakini, 2006-ci il təvəllüdlü Şamil Namiq oğlu Babazadə enerji içkisindən deyil, onkoloji xəstəlikdən dünyasını dəyişib. “Uşaq enerji içkisi qəbul edib, buna görə də, yaxınları vəziyyətinin pisləşməsini bununla əlaqələndiriblər”, - nazirlikdən qeyd olunub.

Verilən məlumata görə, Şamil fevralın 26-da ağır vəziyyətdə Bərdə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Xəstənin müayinəsi zamanı rentgenoqrafiyada ilkin olaraq “Soltərəfli plevropnevmaniya, ağciyərin emfizeması” diaqnozu qoyulub. Uşağa göstərilən tibbi yardıma baxmayaraq, onun vəziyyəti dəyişməyib, buna görə də, həkim nəzarətində Bakıdakı Respublika Klinik Uşaq Xəstəxanasına gətirilib, reanimasiya şöbəsinə yerləşdirilib. Bundan sonra döş qəfəsinin KT müayinəsi edilib, ona “Sağ ağciyərin orta payının şişi, ağciyər emfizeması, hematoraks, hər iki ağciyərdə plevropnevmaniya” diaqnozu qoyulub. Ş.Babazadə Təcili Yardım Xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsinə köçürülüb. Uşaq həmin şöbəyə daxil olduğu qısa müddət ərzində vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam